Vahid Məhərrəmli: Nazirin bir müavini qaz işçisi, digəri politoloqdur 

saytların hazırlanması

Evə çatdırılma

Vahid Məhərrəmli: Nazirin bir müavini qaz işçisi, digəri politoloqdur 

Sosial

08 Oktyabr 2025 11:51 711


"Dəfələrlə deyirik, kənd təsərrüfatı naziri iqtisadçıdır. Onun kənd təsərrüfatına heç bir aidiyyəti yoxdur. Müavinin biri hüquqşünas, digəri qaz üzrə mütəxəssisdir. Başqa bir müavini isə siyasətçidir – politoloq. Aparat rəhbəri də hüquqşünasdır. Nazirlikdə rəhbər vəzifədə bir nəfər də olsun, kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis yoxdur".

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmli deyib.

O əlavə edib: "Nazirlər Kabinetində, Prezident Administrasiyasında eyni vəziyyətdir, nə aqronom, nə baytar həkim, nə də zooteknik var. Çox təəssüf, Milli Məclisdə də deputatlardan heç biri kənd təsərrüfatı üzrə mütəxəssis deyil. Sahə üzrə qanunlar, proqramlar qəbul edilir, tapşırıqlar verilir, mütəxəssis yoxdur. Pepperoni pizza

Əlbəttə, belə olan halda kənd təsərrüfatında məhsuldarlıq aşağı düşür, məhsulun maya dəyəri artır, rəqabət qabiliyyətliliyi olmur. Kənddə yaşayan əhalinin, demək olar, 90%-i bu gün işsizdir. Nə edəcəklərini bilmirlər. Buna görə də hələ uzun müddət ət idxal edəcəyik. Get-gedə idxal da azalaq. Kəsim üçün əvvəl Gürcüstandan diri heyvanlar idxal edirdiksə, indi Pakistana gedib çıxmışıq. Hələ çalışacağıq, Afrika ölkələrindən də nəsə gətirək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!