Vaksin vurduranlara pul veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Vaksin vurduranlara pul veriləcək

Dünya

28 May 2021 14:58 1560


ABŞ-ın Kaliforniya ştatında əhalini koronavirus əleyhinə vaksin vurdurmağa təşviq etmək üçün ümumilikdə 116,5 milyon dollar mükafat veriləcəyi açıqlanıb.

Yenisabah.az publika.az-a istinadən xəbər verir ki, bu günə qədər 20 milyondan çox insanın peyvənd olunduğu ştatda vaksinasiyanı sürətləndirmək üçün mer Qavin Nevsom 4 iyundan etibarən pul mükafatları verəcəklərini bildirib.

Q.Nevsom kampaniya çərçivəsində 10 nəfərə 1,5 milyon dollar, 30 nəfər 50 min dollar və 2 milyon şəxsə isə 50 dollarlıq hədiyyə kuponu təqdim edəcəklərini qeyd edib. pizza

Sərt tədbirlərin minimuma endiriləcəyi iyun ayının ortalarına qədər əhalinin 70 faizinin vaksinasiyasını hədəfləyən mer peyvəndləməni sürətləndirmək üçün ABŞ-ın digər ştatlarından daha çox vəsait ayrıldığını vurğulayıb.

Qeyd edək ki, ABŞ-da Ohayo və Nyu York ştatlarında da vaksinasiyanı sürətləndirmək üçün müxtəlif mükafatlar verilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!