Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Olimpiya Təsnifat Turnirində iştirak üçün yollandığı Niderlandda ilk məşqinə çıxıb.
Azərbaycan Valeybol Federasiyasından “Yeni Sabah”a daxil olan məlumata görə, hazırlıq prosesi oyunların keçiriləcəyi Apeldorn şəhərinin “Omnisport” Sarayında baş tutub.
Komanda baş məşqçi Vasif Talıbovun rəhbərliyi altında yüngül məşqlə kifayətlənib. Dominos pizza
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnir sabah start götürəcək. Olimpiadaya vəsiqənin sahibinin adına isə yanvarın 12-də aydınlıq gələcək. Komandamız yarışda Niderland, Bolqarıstan və Polşa ilə birgə A qrupunda yer alıb.
Telegram kanalımız