“Valideyn azyaşlı qızının telefonda nəyə baxdığına nəzarət etməlidir”

saytların hazırlanması

Evə çatdırılma

“Valideyn azyaşlı qızının telefonda nəyə baxdığına nəzarət etməlidir”

Sosial

22 May 2023 22:30 1875


Tovuzda 13 yaşlı qızın evdən qaçması böyük rezonans doğurub. Bu hadisəyə görə, azyaşlı ilə yanaşı onun valideynlərini, mənsub olduğu mühiti qınayanlar var. Məktəbli qızların evdən qaçmasına görə təhsil müəssisələrini ittiham edənlər də az deyil. 

Bu cür hallar niyə baş verir? 13-15 yaşlı qızların vaxtaşırı evi tərk etməsinə görə kim məsuliyyət daşıyır? 

Mövcud problemin yaranmasında sosial şəbəkələrin də rolu varmı?  Marqarita pizza

Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Vüsalə Rüstəm azyaşlıların sosial şəbəkələrdən necə gəldi istifadəsinin doğru olmadığını bildirib: 

“Azyaşlının evdən qaçmasına görə məsuliyyəti uşağın valideynləri və onları əvəzləyəcək qəyyumlar daşıyır. Təhsil müəssisəsi bir müddət uşağa nəzarət etsə də, evdə valideyn nəzarəti olmadan, özbaşına şəkildə sosial şəbəkələrə girir və ağlagəlməz, ağlagələn şəkildə bütün təhlükələrlə qarşılaşa bilir. Dərs zamanı uşaq müəyyən qaydalar çərçivəsində hərəkət etdiyindən telefonla oynaması mümkün deyil. Onun daha geniş və sərbəst hərəkəti evdə olur. 

Elə valideynlər var ki, uşağının telefonla gün boyu oynamasına normal baxır, mövcud təhlükəni hiss etmir”. 

V.Rüstəmin sözlərinə görə, yeniyetmə övladları olan valideynlər diqqətli olmalı, onun hər addımını nəzarətdə saxlamalıdır:

“Uşaqda olan dəyişikliklər - uşaq özündən yaşda böyük insanlarla (kişilərlə) söhbəti zamanı özünü və hərəkətlərini itirəcək dərəcədə dəyişir. Bunu valideyn həmin dəqiqə hiss etməlidir. Əsas məsələ odur ki, sosial şəbəkələrdə olan mövcud təhlükəni uşağına izah etməli, müxtəlif zaman çərçivəsində telefonu uşağına verməli, uşağın nəyə baxdığını və nə etdiyini daim nəzarətdə saxlamalıdır. 

Bu yaşda qızlarda düşünülmədən hərəkət, emosionallıq, real hadisəni xəyal aləmi ilə qarışdırmaq, hormonal təsir nəticəsində bütün orqanizmdə baş qaldıran yüksək oyanıqlıq olur. Belə yaşda oğlu, qızı olan valideynlər daha diqqətli olmalıdırlar. Uşaqların erkən yaşda evliliyə can atması isə düzgün qoyulmayan tərbiyə metodları, uşağın zəif oxuması, təhsilə önəm verməməsi, daxili boşluğun yaranması, ətrafda (uşağın yaşadığı qəsəbə, kənd) hər kəsin əsas prioritet məsələsinin evlənmək olduğundan şüuraltına ən vacib məsələ kimi yeridilməsidir. 

Mövcud problem yaranmasında sosial şəbəkə rol oynasa da, hər şeydən öncə gələn təlim və tərbiyədir. Uşağa nəzarəti isə valideyn daha çox etməlidir. Uşağı ən yaxşı tanıyan valideynidir”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!