Valideynlər diqqət: hansı halda övladınızın məktəbə qəbul olunmaya bilər?

saytların hazırlanması

Evə çatdırılma

Valideynlər diqqət: hansı halda övladınızın məktəbə qəbul olunmaya bilər?

Sosial

08 Sentyabr 2019 15:09 1312


Elektron sistem vasitəsilə orta ümumtəhsil müəssisələrinin birinci sinfinə şagird qəbulu davam edir.

“Yeni Sabah” xəbər verir ki, elektron sənəd qəbulu sistemindən istifadə üçün heç bir ödəniş tələb olunmur.

Bəs hansı halda uşağın məktəbə qəbuluna imtina verilə bilər? Pepperoni pizza

2019-2020-ci dərs ili üçün  ümumi təhsil məktəblərində birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair ən çox verilən suala cavabı təqdim edirik:

İlk növbədə, məsul şəxs "www.mektebeqebul.edu.az" saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirərək yoxlayır və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. 

Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda məktəbə qəbula imtina verilə bilər. 

Qeyd edək ki, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!