Valideynləri koronavirusdan ölən yeniyetmə intihar etdi

saytların hazırlanması

Evə çatdırılma

Valideynləri koronavirusdan ölən yeniyetmə intihar etdi

Hadisə

18 May 2021 15:23 1353


15 yaşlı Denis Rodikov mayın 18-də səhər saatlarında xəstəxanada vəfat edib.

Yenisabah.az-ın Ukrayna mediasına istinadla verdiyi xəbərə görə, yeniyetmə dünən evdən gedib və sosial şəbəkədə özünü öldürəcəyi ilə bağlı xəbər paylaşıb. 

Sonradan polis yeniyetmənin özünü Kiyevdə körpüdən atdığını müəyyənləşdirib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Toyuqlu pizza

Məlumata görə, 15 yaşlı Denisin valideynləri yaxınlarda koronavirusdan vəfat ediblər. Onların 12 uşağı qalıb. Ərlə-arvad ailə tipli uşaq evi yaradıblar və 5 bioloji, 7 götürülmüş uşaq böyüdüblər. 

Valideynləri rəhmətə gedəndən sonra yetkinlik yaşına çatan böyük qızları əri ilə yetkinlik yaşına çatmayan qardaş və bacılarını himayəyə götürmək qərarına gəlibmiş. (lent.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!