“Son vaxtlar Çin dilinə nəinki Azərbaycanda, bütün dünyada maraq sürətlə artır. Dünyada əhalinin sayına görə ən çox insan məhz bu dildə danışır — 1.2 milyarddan çox insan gündəlik ünsiyyətdə Çin dilindən istifadə edir”.
Bunu “Yeni Sabah” xəbər portalının baş redaktoru Elnur Məmmədli sosial şəbəkə hesabında yazıb. O, bildirib ki, Azərbaycanda da bu tendensiya özünü göstərir, Çin dilini öyrənmək istəyənlərin sayı durmadan artır. Eyni zamanda bu dili tədris edən bir çox kurs fəaliyyətə başlayıb:
“Bunun əsas səbəbi isə Çinin qlobal iqtisadiyyatda getdikcə daha güclü mövqe qazanmasıdır. Artıq Çin iqtisadi baxımdan dünyanın mərkəzlərindən birinə çevrilir. pizza mizza
Prezident İlham Əliyevin Çinə rəsmi səfəri də bu istiqamətdə əməkdaşlığın genişlənəcəyinə işarədir. Bu isə Çin dili üzrə mütəxəssislərə, tərcüməçilərə və digər sahələrdə bu dili bilən kadrlara olan tələbatı daha da artıracaq.
Əlbəttə, bu günün və gələcəyin bir çox perspektivli peşələri var. Lakin görünən odur ki, Çin dili bilən mütəxəssislər yaxın illərdə Azərbaycanda da mühüm və dəyərli peşə sahiblərinə çevriləcəklər.
Övladlarının gələcəyini düşünən valideynlər bu məsələyə diqqətlə yanaşmalıdır. Fikrimcə, uşaqları bu dili öyrənməyə yönəltmək indiki mərhələdə olduqca vacib addımdır. Eyni zamanda, təhsil mərkəzləri də Çin dilinin tədrisinə xüsusi önəm versələr, həm yaxşı gəlir əldə edə bilər, həm də ölkə gənclərinə real fayda vermiş olarlar.
Konkret olaraq, çin dilini öyrənmək yeniyetmələr, gənclər üçün hansı imkanları yarada bilər?
Karyera - Çin şirkətləri ilə əməkdaşlıq edən yerli və beynəlxalq qurumlar Çin dili bilən əməkdaşlara üstünlük verir. Bu isə daha yüksək maaş və sabit iş deməkdir.
Təhsil - Çin universitetləri beynəlxalq tələbələr üçün müxtəlif təqaüd proqramları təqdim edir. Çin dilini bilmək bu təqaüdlərdən yararlanmaq şansınızı artırır.
Biznes - Öz biznesini quranlar və ya qurmaq istəyənlər üçün Çin bazarı böyük imkanlar təqdim edir. Bu bazara daxil olmaq üçün dil bilikləri ciddi üstünlükdür.
Mədəniyyət - Çin dili yalnız kommunikasiya vasitəsi deyil, həm də qədim və zəngin bir mədəniyyətin qapısını açan vasitədir.
Gələcək - Qlobal trendlərə baxdıqda, Çin dilini bilmək sabahın tələblərinə bu gündən hazır olmaq deməkdir”.
Telegram kanalımız