Valideynlərin narazı olduğu liseyə yeni direktor təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Valideynlərin narazı olduğu liseyə yeni direktor təyin olundu

Sosial

03 Noyabr 2025 15:58 386


147 nömrəli Texniki və humanitar fənlər liseyinin direktoru vəzifəsinə Kəmalə Şahmirova təyin edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Təhsil müəssisəsində tədris prosesi normal qaydada davam edir. pizza mizza

Sosial şəbəkələrdə liseylə bağlı narazılıq olduğu iddia edilirdi. Bakı şəhəri 147 saylı liseydə kütləvi narazılıq səbəbilə müəllimlərin dərsə girmədikləri iddia olunurdu. Buna səbəb isə Sumqayıtda yerləşən 32 saylı məktəbinin direktorunun gözlənilmədən ikinci dərs zamanı 147 saylı liseydə direktor kimi elan olunması idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!