Van Dammın bu hərəkəti təqdir olundu   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Van Dammın bu hərəkəti təqdir olundu - Foto

Şou

22 Oktyabr 2020 10:22 1991


Dünyaca tanınmış aktyor Jan Klod Van Damm ölüm təhlükəsi ilə üzləşən üç aylıq iti xilas edib.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor sənədlərində problem olan Çihuahua cinsli itə görə sosial şəbəkədə kampaniya başladıb.

Belə ki, Rey adlı it Bolqarıstandan Norveçə yeni sahibləri üçün göndərilib. Lakin pasportu saxta olduğundan it qeydiyyata alınmayıb. Nəticədə Rey evtanaziya təhlükəsi ilə üzləşib. pizza mizza

60 yaşlı sənətçi “Bəli, onlar səhv ediblər, sənədlər düzgün qeyiyyatdan keçirməyiblər. Ancaq bu kiçik bir iti öldürmək üçün səbəb deyil”, - deyə bildirib.

Onun kampaniyası işə yarayıb və Bolqarıstan iti qəbul edib. Müayinədən sonra Rey yeni sahiblərinə göndəriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!