Vaqif Aydınoğlu ATV-dən niyə gedib? - “Vicdanlı vətəndaş kimi...“

saytların hazırlanması

Evə çatdırılma

Vaqif Aydınoğlu ATV-dən niyə gedib? - “Vicdanlı vətəndaş kimi...“

Sosial

25 Aprel 2020 16:50 2426


ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru, tanınmış telejurnalist Vaqif Aydınoğlu işdən çıxması ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.

Yenisabah.az xəbər verir ki, jurnalist şəxsi "Facebook" səhifəsində bu barədə paylaşım edib:

"Əziz dostlarım 18 il çalışdığım ATV kanalından öz ərizəmlə işdən ayrıldım. Marqarita pizza

Təbii ki, 18 il eyni şirkətdə çalışmaq, müxbirlikdən baş redaktor və departament rəhbəri vəzifəsinədək yüksəlmək mənə göstərilən böyük etimad idi.

Bu müddət ərzində istər xəbər rəhbəri kimi, istərsə də 10 ildən artıq dövrdə müəllifi və aparıcısı olduğum “HəftəSonu” analitik informasiya proqramında hər zaman dövlətimin və xalqımın milli mənafeyi mənim üçün əsas prioritet olub.

Bundan sonra da işlədiyim sahədən asılı olmayaraq vicdanlı vətəndaş kimi dövlət və dövlətçiliyin keşiyində olacam.

İnşallah yeni iş yerim və vəzifəmlə bağlı tezliklə məlumat verəcəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!