Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Lakin Tokio-2020 Yay Olimpiya oyunlarında zəif çıxışlar hələ çox yol qət etməli olduğumuzu sübut edir.
Olimpiya oyunlarındakı uğursuzluğun səbəbi hər kəsə maraqlıdır. Azərbaycan idmançıları niyə etimadı doğrulda bilmirlər?
Azərbaycanın sabiq "Keşlə"li, Azərbaycan milli futbol komandasının oyunçusu Vaqif Cavadov builki oyunlar və uğursuzluqlar haqqında Yenisabah.az danışıb. O uğursuzluqların başlıca səbəbini pandemiyada görür: pizza
“İdman sahəsində hər şey bir-birinə bağlıdır. Tokio olimpiadasındakı zəifliyə səbəb olaraq pandemiyanı göstərmək olar. 2 il müddətində idmançılarımız və komandalarımız ölkədən kənarda yaxşı oynayıb, məşq edə bilməyiblər. Ümumiyyətlə həm individual idman, həm də digər komanda oyunlarını nəzərdə tuturam.
Hər bir idmançının, klubun enişləri və çıxışları olur. Sadəcə olaraq bundan nəticə çıxarmaq lazımdır. Daha güclü və əzmli idmançılar yetişdirmək gərəklidir. Təbii ki, idmanla məşğul olan şəxslərin özlərindən də çox şey asılıdır.
Azərbaycan idmançıları 4 il Tokio olimpiadasına hazırlaşdılar. 4 il hazırlaşmaq müəyyən çətinliklər yaratmış ola bilər. Buna baxmayaraq bütün idmançılara diqqət göstəmək lazımdır ki, uğursuzluqların davamı olmasın. Bizim idmançılarımız 4 il boyunca olimpiada üçün əllərindən gələni ediblər. Bəziləri yaxşı nəticə göstərsə belə digərləri uğursuzluqla qarşılaşdı. İdman sahəsində hər an gözlənilməyən nəticələr olur. İdmançı biraz zəif çıxış edirsə bu idmançının profesional olmadığı anlamına gəlmir. İnanıram ki, növbəti olimpiadalarda Azərbaycan daha böyük uğurlar əldə edəcək”.
V.Cavadov idman sahəsinin irəlləməsi üçün hansı addımlar atılmalı olduğunu da qeyd edib:
“Dövlətimiz tərəfindən idmançılara qarşı olan qayğı göz önündədir. İdman sahəsində irəliləmək üçün rəhbəliklərdən müəyyən bir şey xahiş etmək olar. Bütün sahələr üzrə idmançıların hər biri ölkədən kənar məşq və oyunlara göndərilsin. Həmin yarışlar sayəsində onların təcrübələri artacaq. Böyük arena və idmanlarda özlərini daha rahat hiss edəcəklər. Azərbaycanda yaxşı idmançı çox azdır. Hər bir idmançı öz üzərində çalışmalıdır, düşünməlidir ki, yüksək səviyyədən aşağı düşməsin”.
Mehri Qurban
Telegram kanalımız