Vaqif Cavadov “Sumqayıt”ın əvəzedici komandasına baş məşqçi təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Vaqif Cavadov “Sumqayıt”ın əvəzedici komandasına baş məşqçi təyin olundu

İdman

21 Aprel 2023 19:56 980


"Sumqayıt"ın əvəzedici komandasına yeni baş məşqçi təyin olunub.

Klubdan Yenisabah.az-a verilən məlumata görə, bunadək "gənclik şəhəri" təmsilçisinin U-19 kollektivinə rəhbərlik edən Vaqif Cavadov "Sumqayıt-2"nin sükanı arxasına keçib.

34 yaşlı mütəxəssislə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb. Marqarita pizza

Qeyd edək ki, 2016-cı ildə futbolçu kimi "Sumqayıt"ın heyətində 29 oyun keçirib, 6 dəfə rəqib qapılarına yol tapmış Vaqif Cavadov U-19 komandasının baş məşqçisi postunda 27 oyunda 14 qələbə, 4 heç-heçə və 9 məğlubiyyət əldə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!