“Vaqnerçilər Ermənistandadır, gözümlə gördüm“

saytların hazırlanması

Evə çatdırılma

“Vaqnerçilər Ermənistandadır, gözümlə gördüm“

Hadisə

14 Sentyabr 2023 17:29 12270


Ermənistanda “Vaqner” ÖHŞ-nin silahlılarının mövcudluğunu şəxsən gördüm.

“Yeni Sabah” caliber.az saytına istinadən xəbər verir ki, bu barədə erməni hərbi ekspert Qor Amatuni YouTube kanalında məlumat yayıb.

“Ermənistanda vaqnerçilər var, mən şəxsən onları Gorusda otellərin birində görmüşəm. Bu yaxınlarda Gorusa getdim. Orada “Vaqner”dən bir neçə nəfər var idi, onların komandirləri isə rusiyalı erməni idi. Sonra biz onları Gorusun müxtəlif yerlərində gördük. Onlar doğrudan da Ermənistana gəliblər və toplaşırlar. Vaqnerçilərin niyə gəldiyini hamımız bilirik. pizza

Ermənistanın Milli Təhlükəsizlik Xidməti, ordusu və polisi çox diqqətli olmalıdır. Ümumiyyətlə, Ermənistana arzuolunmaz şəxslərin buraxılmasına ehtiyac yoxdur. Gəlin silahlanaq, diqqətli olaq və hər şeyə hazır olaq”, - deyə Amatuni bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!