Ermənistanla Azərbaycan arasında sülh sazişinin bütün maddələri razılaşdırılıb.
Yenisabah.az armenian news-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin Dövlət-hüquq məsələləri daimi komissiyasının sədri, hakim "Vətəndaş müqavilə"si partiyasından olan deputat Vladimir Vardanyan deyib.
Onun sözlərinə görə, artıq sazişin imzalanma vaxtı və yerindən danışmaq olar. Eyni zamanda, tərəflər arasında konstruktiv münasibətlərin qurulması çox vacibdir: Toyuqlu pizza
“Bu müqavilənin imzalanması prosesini hazırlamağa imkan verəcək qarşılıqlı etimad mühiti olmalıdır”.
Vardanyan vurğulayıb ki, bu məsələdə regional konsensus və qonşularla münasibətlər son dərəcə vacibdir.
Deputatın sözlərinə görə, tərəflər arasında bütün proseslər qarşılıqlı əsasda getməlidir.
Telegram kanalımız