Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun müvəqqəti(!) olaraq Rusiyanın nəzarətində qalan hissəsində məskunlaşdırılmış hayklar arasında az-çox başları işləyənlər son iki il yarımda Qarabağda görülən bir çox işlərin, o cümlədən mayın 9-da Putinin milyarder desantı Ruben Vardanyan tərəfindən təşkil olunmuş sonuncu "on minlərin "müstəqillik" tələb edilən mitinqi"nin də, sadəcə, yeni "KQB"-"FSB" ssenarisinin tərkib hissəsi olan şoular olduğunu anlayır.
"Mayın 9-da Stepanakert meydanında ya Qələbə bayramı şərəfinə, ya da dünyaya hələ də sağ olduğumuzu göstərmək üçün mitinq keçirildi. Çoxlu adam toplaşdı və Artsaxın keçmiş dövlət naziri Ruben Vardanyan tribunadan böyük, pafoslu çıxış etdi... Mən mitinqdə olmamışam, hər şeyə video-yazıda dinləyib baxmışam: sözlər, sadəcə sözlərdir və heç nəyi ifadə etmir, biz Ruben Vardanyandan onun milyardları ilə görülə biləcək real əməllər görməmişik".
Yenisabah.az Moderator.az-a istinadən xəbər verir ki, bu sətirləri Xankəndində məskunlaşmış erməni bloger David Simonyan yazır. Dördpendirli pizza
"Hətta dövlət naziri olmaqla da Qarabağda yaşamağın nə qədər çətin olduğunu öyrənən Vardanyan heç vaxt əlini öz pulqabına uzatmadı və xalqımıza kömək etmək üçün heç bir iş görmədi. Məncə, o, bir qəpik də xərcləmədən bizim bədbəxtliyimiz üzərində özünə "vətənpərvər, mübariz" şöhrəti qazanmaq istəyir. Ola bilsin ki, nəsə edilir, amma bu, birmənalı olaraq milyarder səviyyəsi deyil...
Moskvada Nikol Paşinyanın da getdiyi parad keçirildi. Bəlkə də Putinlə üzbəüz söhbət zamanı bizim dumanlı gələcəyimizi də müzakirə etdilər... Ancaq gələcək yalnız Artsax üçün dumanlı deyil..."- deyə erməni bloger vurğulayır.
Xatırladaq ki, Ruben Vardanyan artıq 8 aydan çoxdur ki, Azərbaycan torpaqlarında qanunsuz ictimai-siyasi fəaliyyətini davam etdirir...
Telegram kanalımız