Vardanyan dilə gəldi: “Danışıqlara hazırıq” 

saytların hazırlanması

Evə çatdırılma

Vardanyan dilə gəldi: “Danışıqlara hazırıq” 

Rəsmi

14 Dekabr 2022 13:35 1277


Qarabağ separatçılarının qondarma “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyan deyib ki, hazırda Xankəndidə bir nömrəli problem yanacaqla - benzin və neft məhsullarının çatışmazlığı ilə bağlıdır. 

Yenisabah.az xəbər verir ki, o, Qarabağ ermənilərini qənaət etməyə çağırıb: “Bu vəziyyətin nə qədər davam edəcəyini, yanacağı çatdırmaq üçün nə qədər vaxt lazım olacağını bilmirik. Ona görə də biz hamı üçün qənaət tətbiq etdik”, - Ruben Vardanyan bildirib.

Erməni milyarder deyib ki, bütün tərəflər üçün məqbul olarsa, qondarma “Artsax” danışıqlara hazırdır. Dominos pizza

“Biz Rusiya sülhməramlılarının üzləşdiyi problemləri yaxşı bilirik, lakin yolun açıq olmasını təkid edirik. Digər tərəfdən, vəziyyət çox gərgindir və mən sizi bir daha təxribatlara, şayiələrə uymamağa çağırıram. Vəziyyəti öz xeyrimizə həll etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə Ruben Vardanyan Qarabağ ermənilərinə söz verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!