Qondarma rejmin 9 “nazir”i vəzifəsindən azad edilib, onlardan dördü isə öz "vəzifələrinin icrasını" müvəqqəti olaraq davam etdirirlər.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri yazır ki. kütləvi istefalara baxmayaraq, tanınmamış “DQR”də hələ ki təyinat olmayıb, “nazir” yerləri boş qalıb: Sezar pizza
“Hətta “Artsax”ın siyasi dairələrində yeni namizədlər haqqında heç bir məlumatı yoxdur. Bu məsələlər Arayik Arutyunyan-Ruben Vardanyan formatında müzakirə olunur. Ən böyük intriqa isə “Artsaxın xarici işlər naziri” vəzifəsidir. Onun əvvəlcə Vardan Oskanyana təklif olunduğu xəbəri yayıldı, sonra da Ara Ayvazyana. Lakin“Artsax prezident aparatı”ndan qəzetimizə verilən məlumata görə, adları çəkilən şəxslərə “Artsax prezidenti” hələ ki heç bir təklif ünvanlamayıb”.
KİV-ə görə, son bir neçə gündə bu siyahıya – “xarici işlər naziri” vəzifəsinə daha bir namizədin adı əlavə edilib:
““Artsax prezidenti”nin müşaviri, keçmiş “xarici işlər naziri” Masis Mayilyan. Bu yaxınlarda o, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ilə fotosunu dərc edib.
Onun Suriyadakı dairələrlə əlaqələri bir xeyli şişirdilib. Mayilyanın Rusiya hakimiyyəti ilə heç bir problemi yoxdur və əvvəlki qadağalar ona şamil edilmir”.
Telegram kanalımız