Vardanyan  Xocavəndə getdi - Terrorçu Melkonyanın heykəli qarşısına gül qoydu..

Vardanyan Xocavəndə getdi - Terrorçu Melkonyanın heykəli qarşısına gül qoydu..

Digər

22 Noyabr 2022 20:46 1282


Guya Rusiya vətəndaşlığından imtina edərək qanunsuz şəkildə Azərbaycanın Qarabağ iqtisadi rayonununa gəlmiş və torpaqlarımızda qeyri-qanuni fəaliyyətini artıq 3-cü aydır ki, davam etdirən milyarder Ruben Vardanyan bu gün Azərbaycan Respublikası Xocavənd rayonunun müvəqqəti olaraq Rusiya “sülhməramlı”larının nəzarətində qalmış rayon mərkəzinə səfər edib.

Yenisabah.az xəbər verir ki, bu haqda News.am saytı məlumat yayıb.

Məlumata görə, "Martuni" adlandırdıqları Xocavənd şəhərində müşavirə keçirən qondarma "dövlət naziri" rayon mərkəzinin problemləri ilə tanış olub. R. Vardanyan şəhərdə erməni şirkətlərinin tikdiyi beşmərtəbəli binalarda gedən işlərlə də maraqlanıb.

Putinin milyarder "desant"ı  Xocavənddə dünya səviyyəli terrorçu Monte Melkonyanın separatçı rejim tərəfindən qoyulmuş heykəli qarşısına gül qoyub...

Xatırladaq ki. Xocavənddə erməni faşisti Qaregin Njdeyə də 2021-ci ilin yanvarında abidə qoyulub. Və Azərbaycan tərəfinin Rusiya "sülhməramlı"larının komandanlığından tələblərinə rəğmən sökülməyib... /Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!