“2020-ci il dünya üçün bərbad il oldu, amma varlılar üçün deyil. Çünki dünyanın ən varlı insanları 2020-ci ildə öz aktivlərini 2 trilyol dollar artırdılar”.
Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, dünya milyarderlər klubunun üzvlərinin toplam varidatı 11,4 trilyon dollara çatıb, sayları isə 3000 nəfərə yaxındı:
“Yəni dünyada 3000 nəfərin var-dövləti 11,4 trilyon dollardır. Bu vəsait hesabına dünyada aclığa, susuzluğa, kasıbçılığa qalib gəlmək, dünyanı tam yenilənəbilər enerjiyə keçirmək olar. pizza hut
Yaxşı, böhranlı 2020-ci ildə bu insanların pulu niyə artdı?! Çünki həm FED (ABŞ), həm AB, həm Çin və Yaponiya (kiçik ölkələri heç saymıram da) dünya iqtisadiyyatına göydən pul səpdilər, pul (kredit) ucuzlaşdı və ayrılan 12 trilyon vəsait real sektordan daha çox səhm bazarına getdi, səhmlər, indekslər şişdi, köpdü, nəticədə şarlar, balonlar yarandı və bu da dünya iqtisadiyyatında növbəti böhranların əsasını qoydu. Obrazlı desək, dünyada "yanğın" var idi, hər tərəfdən "su, köpük" səpib "yanğın”ı söndürməyə çalışdılar, amma siz belə bol "su, köpük" ilə söndürülən "binanın" halını təsəvvür edin, bəzən belə "söndürmə" əməliyyatı "yanğından" daha çox ziyan vurur. Yəni dünya arxasında heç nə durmayan pul bolluğuna düşüb, bir müddət sonra borcların qaytarılması, "suyun" çəkilməsi dövrü başlayacaq, o zaman dünyada insanların, şirkətlətin, hətta ölkələrin bankrotluq dövrü başlayacaq”.
Telegram kanalımız