Vasif bu görüntüsünə görə tənqid edildi - Video

Vasif bu görüntüsünə görə tənqid edildi - Video

Şou Saytların hazırlanması

12 Fevral 2023 19:47 1530


Əməkdar artist Vasif Məhərrəmli tənqid edilən videosundan danışıb.

Yenisabah.az xəbər verir ki, müğənni instaqramda Türkiyədə zəlzələdə zərər çəkənlərə yardım toplanılan məkandan video yayımlayıb. Görüntüdə Vasifin bir şəxsi itələdiyi əks olunub.

Sənətçi "7 canlı" verilişində bildirib ki, buna görə onu sosial şəbəkədə tənqid atəşinə tutublar:

"İrad tuturlar ki, orada kimisə itələmişəm. İtələdiyim şəxs də ailəmin sürücüsüdür. Ay "klaviatura" qəhrəmanları, bəlkə bu günə kimi kiməsə bir stəkan su verməmisiniz. Nanəciblər, niyə belə edirsiniz? Niyə insanları yolundan döndərirsiniz? Niyə mərdi qova-qova namərd edirsiniz".

/Axsam.az
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!