"Əvvəllər dostlarla çox tez-tez görüşərdik. Son vaxtlar bu şeylər yoxdur. Hamının başı öz işinə qarışıb. Doğrusunu bilmək istəyirsinizsə, mən də bir az arxaya çəkildim. Efirlərdən çəkilməyimin də bir səbəbi var. O da efir mövzusu deyil".
Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "7 Tamam" verilişində deyib.
O, sənət adamlarına olan tənqidlərdən ehtiyat edərək unudulmaq istədiyini bildirib: Dominos pizza
"Bəzi insanlar var ki, deyilən sözü təhriflə danışırlar. Bunlardan uzaq olmaq üçün arxaya çəkildim, istədim ki, unudulum. Tam yada düşməyim. Sənət adamlarına olan təpkilərdən, hücumlardan qorxub, arxaya çəkildim ki, bu şeylər məni də gözləyə bilər. Mən də çox özümə qapalı insan olduğum üçün düşündüm ki, bu şeyləri eşitsəm, özümü cəmləyə bilmərəm".
Telegram kanalımız