Vasif Tağıyev avtomat terrorçunun əlində ikən darağı çıxarıb - YENİ TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Vasif Tağıyev avtomat terrorçunun əlində ikən darağı çıxarıb - YENİ TƏFƏRRÜAT

Maraqlı

06 Fevral 2023 15:54 812


Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı zamanı yeni təfərrüat məlum olub.

Yeinisabah.az Report-a istinadla xəbər verir ki, həmin vaxt səfirliyinin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev terrorçu tərəfindən çiynindən və çənəsindən güllələnib.

V.Tağıyev terrorçunun əlindən avtomatı almağa çalışıb. Bu zaman terrorçu avtomatdan atəş açmağa başlayıb. Güllələrdən biri səfirliyin döşəməsinə dəyib. Daha sonra onun açdığı digər bir atəş Vasif Tağıyevin çiynindən dəyib. Lakin Vasif ayıq-sayıqlığını itirməməyə çalışıb. O, terrorçunu binadan çıxarmağa cəhd edib. pizza

Həmin an V.Tağıyev terrorçunun avtomatının darağını çıxarmağa nail ola bilib. Ancaq avtomatın içərisində bir güllə qalıb. Terrorçu avtomatdan növbəti dəfə də atəş aşıb. Avtomatın içərsində olan sonuncu güllə də tavana dəyib. Bundan sonra isə terrorçu əlini cibinə ataraq tapançasını çıxarıb. Dərhal da atəş açıb. Atəş nəticəsində güllə Vasifin çənəsindən girirək üzündən çıxıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!