Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi - Foto

Siyasət

03 Sentyabr 2024 20:20 1997


Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası Ali Məclisə keçirilən seçkilərin ilkin nəticələrini ictimaiyyətə təqdim edib. 45 seçki dairəsi üzrə lider namizədlərin adları açıqlanıb.

Yenisabah.az “Unikal”a istinadla xəbər verir ki, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yerinə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov deputat seçilib.

Belə ki, Vasif Talıbovun deputat seçildiyi 7 saylı Aralıq seçki dairəsi indi 7 saylı Xanlıqlar seçki dairəsidir. Bu dairədə 63,09 faiz səslə Azad Novruzov lider namizəddir. Sezar pizza

V.Talıbovun oğlu Seymur Talıbovun deputat olduğu 25 saylı Naxçıvan şəhər seçki dairəsindən isə budəfəki seçkilərdə Xumar Məmmədova deputat mandatı qazanıb. O, 55,40 faiz səslə qeyd edilən dairədə birincidir.

X.Məmmədova Naxçıvan Dövlət Universitetinin “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktorudur.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!