Vasif Talıbovdan doğum günündə ağlasığmaz addım 

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbovdan doğum günündə ağlasığmaz addım 

Maraqlı

16 Yanvar 2023 10:10 4076


Yanvarın 14-də Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun 63 yaşı tamam oldu. Keçmiş "xan" əvvəlki illərdən fərqli olaraq, bu dəfə doğum gününü təntənə ilə qeyd etmədi. 

Yenisabah.az Naxçıvandakı mənbələrə istinadla xəbər verir ki, V.Talıbov 63-cü doğum günündə ağlasığmaz addım atıb. O, malikanəsinin qapılarını onu təbrik etməyə gələn insanların üzünə bağlayıb. 

Mənbə deyib ki, ötən şənbə keçmiş sədri təbrik etmək istəyən insanlar olub. V.Talıbovun doğum günündə həm yaxın qohumları, həm də onun sayəsində vəzifə tutmuş, var-dövlət qazanmış adamlar öz sadiqliklərini nümayiş etdirmək istəyiblər. V.Talıbovu təbrik etməyə gələnlərin arasında hazırda Naxçıvanda vəzifə tutan bir neçə orta ranqlı məmurun da olduğu bildirilir.  pizza hut

Amma V.Talıbovun orta əsr feodalların qəsrlərini xatırladan malikanəsi hamının üzünə bağlı olub. Mühafizəçilər onun göstərişinə uyğun olaraq, "Müəllim Bakıya gedib" deyərək, gələnlərin hamısını geri qaytarıblar. Onlar V.Talıbov üçün gətirilən hədiyyələri də qəbul etməyiblər. 

Mənbə deyib ki, V.Talıbov 27 il sonra doğum gününü ilk dəfə oğlu, qızı və nəvələrinin əhatəsində sadə bir məclislə qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!