Vasif Talıbovdan məktəbəqədər təhsil müəssisələri haqda sərəncam

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbovdan məktəbəqədər təhsil müəssisələri haqda sərəncam

Rəsmi

22 Dekabr 2021 21:21 1707


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Naxçıvan Muxtar Respublikasında dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında" Sərəncam imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə qərara alıram: Marqarita pizza

1. Yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilsin.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!