Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailə üzvlərinin səhmdarı olduğu Naxçıvanbank ilin yekunları haqda açıqlama yayıb.
“Yeni Sabah” xəbər verir ki, bankın açıqlamasında geniş bank xidmətləri təklif edən Naxçıvanbankın sərfəli kredit məhsulları da təqdim etməklə, 2022-ci ili yüksək mənfəət və keyfiyyətli kredit portfeli ilə başa vurduğu bildirilir.
Qeyd olunur ki, bankın müasir dizaynda təmir olunmuş Baş Ofis və filialları müştərilərin rahatlığı üçün geniş xidmətlər təklif etməkdədir: Toyuqlu pizza
“Eyni zamanda xidmət keyfiyyətinin artırılması məqsədilə istifadəyə verilən yeni nəsil (Cash-In və Recycler ATM) bankomat və ödəniş terminalları müştərilərin kommunal, rabitə, büdcə, təhsil haqqı və digər ödənişlərini rahat şəkildə həyata keçirməsini təmin edir. Hazırda 50 ədəd bankomat, 99 ədəd ödəniş terminalları müştərilərin istifadəsindədir.
Yeni ildən etibarən bankın əməliyyat sistemində edilən yeni dəyişiklik sayəsində xidmət keyfiyyəti daha da yüksəldiləcək, həmçinin Mobil tətbiq və yenilənmiş “İnternet Bankçılıq” müştərilərin istifadəsinə veriləcəkdir.
Ölkənin yeganə regional bankı olan Naxçıvanbank regionda və paytaxt Bakı şəhərində müştərilərinə yüksək keyfiyyətli fərdi və korporativ bank xidməti göstərir.
Müştərilər 1185 Çağrı Mərkəzinə zəng etməklə və ya www.naxcivanbank.az saytına daxil olmaqla bankın məhsul və xidmətlərilə bağlı ətraflı məlumat əldə edə bilərlər.
Qeyd edək ki, bankın əsaslı təmir işləri davam edən Naxçıvan və Culfa filialları da yeni ildən etibarən müştərilərin istifadəsinə veriləcəkdir”.
Telegram kanalımız