Vasif Talıbovun oğlu Əbu-Dabidə

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbovun oğlu Əbu-Dabidə

Siyasət

01 Mart 2020 09:50 1731


Yenisabah.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov FİDE-nin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 90-cı konqresində iştirak edir. 26 fevraldan başlayan konqres martın 1-də başa çatacaq. Qeyd edək ki, on altı yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası bu il oktyabrın 2-dən 12-dək Naxçıvan şəhərində keçiriləcək. Konqresdə bu mötəbər yarışla bağlı məsələlər də müzakirə olunub.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!