Vasif Talıbovun qohumu polisdən qovuldu

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbovun qohumu polisdən qovuldu

Maraqlı

02 Yanvar 2023 23:14 36559


Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yeznəsinin qardaşı oğlu Fərid Novruzov DİN sıralarından uzaqlaşdırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ovqat.com-a Daxili İşlər Nazirliyindən bildirilib.

“Naxçıvanın daxili işlər orqanlarında artıq Fərid Novruzov adlı şəxs işləmir”, - məlumatda vurğulanıb. Sezar pizza

Qeyd edək ki, Naxçıvandan aldığımız məlumata əsasən, Vasif Talıbovun yeznəsi 3 gün əvvəl Siyaqut kəndindəki özünəməxsus yanacaqdoldurma məntəqəsinin arxasında çayçı açıb və oranı idarə etməyi öz qardaşı oğlu Fərid Novruzova tapşırıb. Fərid Novruzov bu vaxta qədər həm də yol polisi işləyirmiş.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!