Vaşinqtondakı təxribatı törədənlər ABŞ-dən deportasiya edilməlidir – Amerikalı politoloq

saytların hazırlanması

Evə çatdırılma

Vaşinqtondakı təxribatı törədənlər ABŞ-dən deportasiya edilməlidir – Amerikalı politoloq

Siyasət

23 Fevral 2026 22:46 1350


“Keçmiş ABŞ Poçt İdarəsi binasının qarşısında qışqıran üç təxribatçı, açıq-aydın ABŞ hökumətini utandırmaq istəyən xarici kəşfiyyat orqanları tərəfindən cəlb edilən pulla ələ alınmış agentlərdir”.

"Yeni Sabah" xəbər verir ki, bunu Globalinfo.az-a amerikalı politoloq Piter M. Teys deyib.

Onun sözlərinə görə, bu üç aqressiv şəxs həbsxanaya salınmalıdır: Dördpendirli pizza

“Vaşinqtonda yerləşən dəbdəbəli Waldorf Astoria otelinin qarşısında qeydə alınan insidentdə yerli polis məmurunun ehtiyatlı hərəkətlərini və Azərbaycan prezidentinin təhlükəsizlik xidmətinin yüksək peşəkarlıqla hərəkət etdiyini görə bilərik.

Piter M. Teys

Hadisəyə hərtərəfli nəzər saldıqda demək olar ki, Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları ehtiyatlı davranmış, qabaqlayıcı tədbirlər görmüş və ən yüksək beynəlxalq standartlara uyğun hərəkət etmişlər. Pensilvaniya prospektində qışqıran bu təxribatçılar ABŞ ərazisindən deportasiya edilməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!