“Vasmoy”da yaşlı qadınlara qarşı cibgirlik etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Vasmoy”da yaşlı qadınlara qarşı cibgirlik etdi - Foto

Kriminal

08 May 2020 10:12 690


Paytaxtın Nizami rayonu Naxçıvanski küçəsi 47 ünvanında yerləşən bazarda cibgirliklə məşğul olan şəxs saxlanılıb.

DİN-dən Yenisabah.az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum edilmiş Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydiyyatda olan Said Göyçayev tutulub. Araşdırma zamanı onun “8-ci kilometr” bazarında cari ilin aprel və may aylarında əsasən yaşlı qadınların cibindən pul kisələri oğurladığı məlum olub. Hələlik zərərçəkənlər şəxslərdən ikisinin müvafiq olaraq 150 və 435 manat pulunun Said Göyçayev tərəfindən oğurlandığı sübuta yetirilib.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxsin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.   pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!