İtaliyanın Gemelli xəstəxanasında müalicəsi davam edən Papa Fransiskin səhhəti ilə bağlı Vatikandan yeni açıqlama verilib.
Yenisabah.az xəbər verir ki, dünən Vatikan Mətbuat Xidməti Papaya dair vəziyyətin hələ də kritik olduğunu, lakin az da olsa yaxşılaşma müşahidə edildiyini bildirmişdi. Bu gün səhər saatlarında isə “Papa Fransisk yaxşı dincəlib və bütün gecəni yatıb” ifadəsi ilə vəziyyətinin nisbətən sabitləşdiyi vurğulanıb.
14 fevraldan bəri Romadakı Polikliniko Gemelli xəstəxanasında bronxit və sətəlcəm diaqnozu ilə müalicə alan Papa Fransiskin, eyni zamanda, yüngül böyrək çatışmazlığı yaşadığı və oksigen terapiyası aldığı məlumdur. Dördpendirli pizza
Digər tərəfdən, dünyanın müxtəlif yerlərində Papa Fransiskin sağalması üçün dualar edilir və dini ayinlər icra olunur.
Əsmətxanım Rzazadə
Telegram kanalımız