Bütün dünyada olduğu kimi Azərbaycanda da artıq piylənmə aktual problemlərdən biridir. Statistikaya əsasən əhali arasında piylənmə faizi artıb. Azərbaycanda 15 yaşdan yuxarı əhalinin 8,1 faizində həddindən artıq piylənmə müşahidə edilir, 47,2 faizinin bədəni isə piylənmə ərəfəsindədir. Piylənmənin müşahidə edildiyi insanlar arasında qadınların sayı daha çoxdur. Ölkədə 15-19 yaşlı əhalinin 0,2 faizinin, 20-44 yaşlı əhalinin 3,9 faizində, 45-64 yaşlı əhalinin 13,4 faizində, yaşı 65-dən çox olanların 14,1 faizində həddindən artıq piylənmə var.
15-19 yaşlı əhalinin 5,9 faizinin, 20-44 yaşlı əhalinin 41,6 faizinin, 45-64 yaşlı əhalinin 60,7 faizinin, yaşı 65-dən çox olanların 56,1 faizinin bədən çəkisi piylənmə ərəfəsinə gəlib çatıb. Ölkənin 15 yaşdan yuxarı kişilərin 51,4 faizi, qadınların isə 43,3 faizi piylənmə ərəfəsindədir.
Bəs görəsən, əhalimiz arasında artan bu bəladan necə qurtulmaq olar? Piylənməyə nələr səbəb olur? Bunları öyrənmək üçün həkim dietoloq Nərgiz Nəzirovaya mürtaciət etdik. O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, bunun əsas səbəbi düzgün qidalanmamaq və enerji disbalansıdır: pizza sifarişi
“Artıq çəki, piylənmə, anormal və həddindən artıq piy kütləsinin formalaşması sağlamlığa zərər vurmaqla nəticələnir. 2019-cu ildə 1,9 milyarddan çox 18 yaşdan yuxarı insanların artıq çəki problemləri var. Onlardan 650 milyondan çoxu piylənmədən əziyyət çəkir. Ümumiyyətlə, dünyada artıq çəki və piylənmə nəticəsində daha çox insanlar ölür, nəinki qeyri-adi anomal aşağı bədən çəkisindən.
Piylənmənin və artıq çəkinin əsas səbəbləri enerji disbalansıdır, bu zaman qida rasionunun kalori miqdarı orqanizmin enerji ehtiyaclarını yüksəldir. Bütün dünyada əsas tendensiyalar belə müşahidə olunur:
1) Yüksək enerji sıxlığı və yüksək yağ tərkibli istehlak məhsullarının qəbulunun artımı
2) Getdikcə oturaq xarakterli bir çox fəaliyyət növləri, hərəkət üsullarının dəyişiklikləri və artan urbanizasiyanın inkişafı ilə əlaqədar olaraq, fiziki aktivliyin azalması.
Yüksək bədən kütləsi indeksi belə xəstəliklərin risk faktorlarından biridir:
1.Ürək-damar xəstəlikləri (əsasən ürək xəstəlikləri və insult), 2012-ci ildə əksər ölümlərin əsas səbəbi idi;
2.Şəkərli diabet;
3.Dayaq-hərəkət sisteminin pozulması (xüsusi ilə osteoartrit);
4. Bəzi onkoloji xəstəliklər (o cümlədən süd vəziləri xərçəngi, yumurtalıq xərçəngi, prostat vəzi xərçəngi, qara ciyər, od kisəsi, böyrək ve yoğun bağırsaq xərçəngi);
Bədən kütləsi indeksi artdıqca bu xəstəliklərin riski artır.
Uşaq piylənməsi yetişkinlik zamanındakı piylənməni, vaxtsız ölüm və əlillik ehtimalını artırır. Gələcəkdə artan riskdən başqa piylənmə əziyyəti çəkən uşaqlar tənginəfəslik yaşayırlar, sınıqların yüksək riskinə məruzdurlar, hipertoniyaya meyillidirlər, ürək-damar xəstəliklərinin erkən əlamətlərin təzahürü, insulinrezistentlik ve psixoloji problemlər yaşaya bilərlər”.
Həkim dietoloq həmçinin piylənmənin qarşısını almaq üçün hansı tədbirlərin alınması məsələsinə də toxunub:
“İlk öncə istehlak olunan yağ və şəkər sayının azaldılması hesabına qida rasionun kalori miqdarının məhdudlaşdırılmalıdır, meyvə və tərəvəzlərin, eləcə də paxlalı bitkilər, bütün taxıl ve qoz fındıqların qəbulu artırılmalı və müntəzəm fiziki aktiv həyat tərzi aparmaq vacibdir”.
Saytımıza danışan pediatr Vaqif Qarayev də uşaqlarda kökəlmənin səbəblərini açıqlayıb. O, “fastfood”lar və içkilərlə bağlı da fikirlər səslandirib və onları “bəla” adlandırıb:
“Uşaq niyə kökəlir? Bizim bəlamız olan “fastfood”lar... Bu “fastfood” məhsulları həmçinin uşaqlarda onkoloji problemlər yaradır. Bir də rəngli, qazlı və şirin içkiləri uşaqlara qətiyyən vermək olmaz. Tərkibində kofein və s. müxtəlif zərərli maddələr var. Bu içkilər ürək-damar xəstəliklərinə, beyinə və psixoloji asılılığa səbəb olur. Tez-tez oxuyuruq ki, hər hansısa gənc qəfildən öldü. Bunun hamısının səbəbi bu energetik içkilərdir. Bu içkilər hamısı ürək döyüntüsünü artırı və aritremiya əmələ gətirir. Bizdə məktəblərin kənarında nə istəyirsən,satırlar, kababdan belə. Buna nəzarət olunmalıdır. Nə uşaq, nə də valideyn bu zərərli qidaları görməməlidir”.
Sabrina Eldarqızı
Telegram kanalımız