Vəfa duetin neçəyə başa gəldiyini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Vəfa duetin neçəyə başa gəldiyini açıqladı

Şou

01 Mart 2024 11:07 799


Vəfa Şərifova türk həmkarı Serdar Ortaçla birgə oxuduğu duetin ona neçəyə başa gəldiyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, ifaçı “Xəzər axşamı” verilişində sözügedən layihədən söz açıb. 

Şərifova bildirib ki, Ortaçla duet oxumaq üçün 50 min manat xərcləyib:  Pepperoni pizza

“Klip, mahnı, aranjiman və bu kimi işlərin hamısı ümumi olaraq mənə 50 min manata başa gəlib. Serdar çəkilişə bahalı avtomobildə gəlmişdi. Yanında 5-6 köməkçisi vardı. O tam bir ulduz olaraq məkana gəldi. Xüsusi istəkləri də vardı. Mən də onu belə gözləmirdim. Moskvada konsert üçün Serdarı istədilər. Mən də meneceri ilə əlaqələndirdim. Serdarın qonorarı yüksəkdir. Klip bir neçə gün ərzində “YouTube”da 2 milyondan artıq izləmə sayına çatıb. Yaxşı nəticələrimiz var”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!