Bələdiyyə sədri Vəfa Nağını həbs etdirmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

Bələdiyyə sədri Vəfa Nağını həbs etdirmək istəyir

Kriminal

23 İyul 2020 13:19 2782


Neftçala rayonunun Xolqaraqaşlı kənd bələdiyyəsinin üzvü, ictimai fəal Vəfa Nağı cinayət məsuliyyətinə cəlb edilə bilər. 

Yenisabah.az xəbər verir ki, bu barədə bələdiyyə üzvünün özü məlumat yayıb. Onun sözlərinə görə, bələdiyyə sədri Əlibala Səlimov və ona yaxın iki şəxs məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıb.

Onlar Vəfa Nağının Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb olunmasını istəyirlər. Dördpendirli pizza

Vəfa Nağı 2019-cu ilin dekabrında keçirilən bələdiyyə seçkilərində qalib gələrək Xolqaraqaşlı bələdiyyəsinin üzvü seçilib. Onun bələdiyyə sədrində hesabat tələb etməsi, qurumun fəaliyyətində şəffaflığın təmin olunmasına çalışması bələdiyyə sədrinin maraqlarına toxunub. Bu baxımdan, Əlibala Səlimov Vəfa Nağıya qarşı kampaniyaya başlayıb. 

İyunun 16-da isə Vəfa Nağının şəkillərini böyüdərək kəndin bir neçə ictimai yerinə yapışdırıblar. Bələdiyyə üzvünün fikrincə, bunu Əlibala Səlimov etdirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!