Vəfat edən 96 yaşlı anasına yas mərasimi vermək istədi, tutuldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Vəfat edən 96 yaşlı anasına yas mərasimi vermək istədi, tutuldu - Fotolar

Kriminal

04 İyul 2020 14:17 1360


İyulun 4-də Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin kəndə gələrək, yas mərasimini başlamadan dayandırıb. Mərasimi təşkil edən şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.

Araşdırmalarla məlum olub ki, rayonun Kolayır kənd sakini Xaliqə Hüseynova iyul ayının 2-də vəfat edən 96 yaşlı anası Həmidə Zeynalovanın “3 mərasimi” üçün həyətində çadır quraraq ehsan vermək istəyib. Bu işdə X.Hüseynovaya həyat yoldaşı İkram Abbasov, qohumları Vüsal və Cehun Hüseynovlar kömək edib. pizza mizza

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!