Vəfat etmiş seçicilərin adı siyahılardan çıxarılıb - MSK

saytların hazırlanması

Evə çatdırılma

Vəfat etmiş seçicilərin adı siyahılardan çıxarılıb - MSK

Sosial

26 May 2025 15:46 219


Vəfat etmiş seçicilərin adı seçici siyahılarından çıxarılıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qurumun bu gün keçirilən tədbirində deyib.

O qeyd edib ki, ölkə üzrə vahid seçici siyahısının tərtib olunması prosesi yekunlaşıb. Pepperoni pizza

Xatırladaq ki, Seçki Məcəlləsinə əsasən, məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını hər il fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir.

Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təhvil verməlidir.

MSK ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilməsini may ayının 30-dək həyata keçirməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!