Vəfat etmiş şəxsin kredit borcunu kim ödəməlidir? - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Vəfat etmiş şəxsin kredit borcunu kim ödəməlidir? - VİDEO

İqtisadiyyat

07 Aprel 2021 08:00 1438


Dünyasını dəyişmiş şəxsin adına olan kredit kartına görə yaranmış borc onun vərəsələrindən tələb oluna bilər.

“Yeni Sabah” Xəzər TV-yə istinadən xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü Anar Ramazanov deyib ki, kredit kartları qanunvericiliyə əsasən, kredit müqaviləsi hesab olunur.

Vəkil bildirib ki, bəzi hallarda ödənişdən yayınmaq üçün vəfat etmiş kredit alanın ailə üzvləri onun əmlakını rəsmi şəkildə qəbul etmirlər.Bu halda da bankın həmin şəxslərə qarşı iddia qaldırıb, yaranmış borcu geri almaq hüquqi yarana bilər. Dominos pizza

Hüquqşünas deyib ki, vəfat etmiş şəxsin kerdit kartında yaranmış borcun ödənməsi bankla bağlanmış müqavilə əsasında və ya Mülki Məcəllə ilə tənzimlənir. Banka təqdim edilən ölüm haqqında şəhadətnamə isə kredit kartından istifadəyə görə yaranmış borcun silinməsinə zəmin yaratmır. Bu halda yalnız ölmüş şəxsin kredit kartı bloklana və müqavilə ləğv edilə bilər.

Anar Ramazanov əlavə edib ki, vəfat etmiş şəxsin yaxınları bununla bağlı banka dərhal məlumat verməlidilər. Bu yolla kredit kartına gələn faiz və cərimələrin qarşısının alınması mümkündür.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!