Vəhşi heyvan və balıqların ovuna icazə “ASAN xidmət”də veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Vəhşi heyvan və balıqların ovuna icazə “ASAN xidmət”də veriləcək

Sosial

29 Avqust 2019 10:13 895


Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq sahələr üzrə icazələrin verilməsini asanlaşdırmaq məqsədi ilə gələn aydan “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcək.

"Yeni Sabah" xəbər verir ki, bunu nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, dövlət ekoloji ekspertizası üzrə müvafiq icazələrin, eyni zamanda vəhşi heyvan və balıqların ovuna icazələrin verilməsi “ASAN xidmət” mərkəzində həyata keçiriləcək. pizza mizza

İ.İbrahimova qeyd edib ki, bununla vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsinə, şəffaflığın artırılmasına, göstərilən xidmətlərin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!