Vəhşicəsinə qətlə yetirilən qadın yeddi aylıq hamilə olub 

saytların hazırlanması

Evə çatdırılma

Vəhşicəsinə qətlə yetirilən qadın yeddi aylıq hamilə olub 

Kriminal

30 Aprel 2020 14:37 999


Abşeronda baş verən qətl hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, ötən gecə Anar Bəkirovun öldürdüyü həyat yoldaşı Leyla Bəkirova yeddi aylıq hamilə imiş.

Məlumata görə, A.Bəkirov qadının döş nahiyəsinə üç dəfə bıçaq zərbəsi endirib və daha sonra onun boğazını kəsib. Marqarita pizza

Xatırladaq ki, Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov isə Oxu.Az-a açıqlamasında bildirib ki, ilkin araşdırmalarla aprelin 29-da, saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirərək, qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

K.Zeynalov, həmçinin, qeyd edib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!