Vəkil Abdullayev Gürcüstan vətəndaşı deyil - Səfirlik

saytların hazırlanması

Evə çatdırılma

Vəkil Abdullayev Gürcüstan vətəndaşı deyil - Səfirlik

Hadisə

05 İyun 2021 22:57 1688


Gürcüstanın Azərbaycandakı Səfirliyi Rusiyada azərbaycanlı gənc Vəkil Abdullayevin öldürülməsi ilə bağlı açıqlama yayıb.

Yenisabah.az xəbər verir ki, səfirlikdən verilən açıqlamada deyilir:

“Azərbaycan KİV-lərində, 28 May tarixində, Rusiya Federasiyasının Novosibirsk vilayətində, milliyyətcə azərbaycanlı olan 19 yaşlı Vəkil Abdullayevin bir polis məmuru tərəfindən öldürülməsinin faciəli faktı ilə əlaqədar yayılan məqalələrlə bağlı bildiririk ki, Vəkil Abdullayev Gürcüstan vətəndaşı deyil. Toyuqlu pizza

O, Rusiya Federasiyası vətəndaşı idi və bu səbəbdən Gürcüstan tərəfinin nə hüquqi cəhətdən, nə də beynəlxalq hüquq normaları əsasında, qeyd olunan işə hüquqi mexanizmalarla müdaxilə etmək üçün heç bir təsir imkanı yoxdur.

Gürcüstan səfirliyi faciəvi şəkildə öldürülən azərbaycanlı gəncin ailəsinə və yaxınlarına başsağlığı verir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!