Vəkil Tofiq Yaqublu ilə görüşdü 

saytların hazırlanması

Evə çatdırılma

Vəkil Tofiq Yaqublu ilə görüşdü 

Siyasət

16 Sentyabr 2020 12:22 921


Müsavat Partiyasının fəalı Toqif Yaqublunun vəkili Aqil Layic onunla görüşüb. 

Yenisabah.az xəbər verir ki, Aqil Layic Tofiq Yaqublunun durumunun kritik olduğunu bildirib. Vəkilin sözlərinə görə, müvəkkili artıq maye qəbulundan da imtina etmək niyyətindədir. “Tofiq Yaqublu bildridi ki, ona qarşı ittihamlar geri götürülməyəcyi təqdirdə maye qəbulundan da imtina edəcək. Bu barədə o həkiminə və Penitensiar Xidmətin əməkdaşlarına bu barədə məlumat verib”, - deyə Aqil Layic əlavə edib.

Tofiq Yaqublunun qızı Nigar Həzi isə deyib ki, artıq atasının gözləri zəifləyib. “Həkim Adil Qeybulla bildirdi ki, həkim nəzarətində olsa da, heç bir qida, yaxud qida tərkibli pereparatlar qəbul etmir. Bu isə onun səhhətinə ciddi təsir göstərir. Komaya düşmək təhlükəsi hələ də qalır”, - deyə Nigar Həzi vurğulayıb. Marqarita pizza

Tofiq Yaqublunun qızı əlavə edib ki, atası aksiyanı davam etməkdə israrlıdır: “Bizim çağırışlarımızın da faydası olmayacaq. Çünki o aksiyanı dayandırmaq niyyətində deyil. Bildirib ki, sona qədər aclığı davam etdirəcək”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!