Vəkil: “Turalın həbsi Hüseyn Abdullayevlə bağlı deyil”

saytların hazırlanması

Evə çatdırılma

Vəkil: “Turalın həbsi Hüseyn Abdullayevlə bağlı deyil”

Kriminal

29 Avqust 2021 10:03 4261


“Sabiq deputat Hüseyn Abdullayevin dayısı oğlu Tural Bayraməliyev həbsinin Hüseyn Abdullayevlə bağlı olması haqda deyilənlər tam yalandır, həqiqətəuyğyn deyil”.

Bunu “Yeni Sabah”a açıqlamasında H. Abdullayev və onun anası Zeynəb Abdullayevanın vəkili Vasif Mirzəyev deyib. 

O, qeyd edib ki, T. Bayraməliyevin həbsi H. Abdullayevin həbsindən bir neçə il əvvəl baş verib: “Tural Bayraməliyevlə bağlı əvvəldən Bakı şəhər Prokurorluğunda cinayət işi açılıb, axtarışa verilib və 2016-cı ildə Türkiyədə həbs olunaraq Azərbaycana gətirilib.  Pepperoni pizza

Hüseyn Abdullayev isə 2018-ci ildə həbs olunub və cinayət işi açılıb. Yənu Turalla bağlı cinayət işi bir neçə il əvvəl olub. 

Məsələnin digər tərəfi isə odur ki, H. Abdullayevə 6 il həbs verirlb, Tural Bayraməliyevə isə 8 il.

Tural Bayraməliyev Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevin baldızı Şədiyyə Salehliyə qarşı 800 manatdan  artıq dələduzluq faktı ilə bağlı həbs olunub. Ona görə də Hüseyn Abdullayevin ailəsi Tural Bayraməliyevin məhz ona görə həbs olunması ilə bağlı iddiaları təkzib edir”.

Xatırladaq ki, bir neçə gün əvvəl “Yeni Sabah”a etdiyi müraciətdə Bayraməliyev Tural Aslan oğlunun nümayəndəsi  Samir Zeynalov iddia etmişdi ki, müdafiə etdiyi şəxs məhz Abdullayevlə qohum olduğuna görə həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!