Vəkili döyən polislər işdən çıxarılıb

saytların hazırlanması

Evə çatdırılma

Vəkili döyən polislər işdən çıxarılıb

Kriminal

08 İyun 2019 10:12 3192


Binəqədi RPİ-nin 4-cü Polis şöbəsində vəkil Orxan Kəngərlini döyən polislər vəzifədən azad edilib.

“Yeni Sabah” xəbər verir ki, bu haqda sosial şəbbəkədə vəkil Anar Qasımlı məlumat yayıb. O, qeyd edib ki, verilən məlumatlara görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 07 iyun 2019-cu il tarixli əmri ilə, Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov DİO-dan xaric olma, təhqiqatçı Elnur Rəşidov vəzifədən azad edilmə, əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!