Vəkillər Kollegiyası Adil İsmayılovla bağlı qərarı ləğv etdi

saytların hazırlanması

Evə çatdırılma

Vəkillər Kollegiyası Adil İsmayılovla bağlı qərarı ləğv etdi

Sosial

24 Sentyabr 2019 16:45 1243


Vəkillər Kollegiyasının Rəyasət Heyəti Adil İsmayılovun bir il müddətinə vəkillik fəaliyyətinin dayandırılması barədə 9 sentyabr 2019-cu il tarixli qərarını ləgv edib. 

"Yeni Sabah" xəbər verir ki, bu barədə Adil İsmayılovun özü məlumat yayıb.

"Əminəm ki, fəaliyyətimin bərpa edilməsi barədə xəbəri məni istəyən hər bir şəxs sevinclə qarşılayacaq, qalanlar özləri bilər. Bundan sonraki fəaliyyətimi əsasən vəkilliyin inkişafına, vəkilin cəmiyyətdə layiq olduğu yeri tutmasına  vəkil kimi mənə ehtiyacı olanların hüquqlarının qorunmasına yönəldəcəm. Daha qlobal planlarım da var, vaxtı çatanda paylaşacam. İndi isə daim mənim yanımda olan, öz varlığını və mənim tək olmadığımı hiss etdirən hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm, yaxşı ki varsınız və mənimləsiniz. Eyni zamanda vəkillik fəaliyyətimin bərpa edilməsində birbaşa iştirak etmiş şəxlərə minnətdarlığımı bildirirəm. Mən pisliyi unudanlardanam, yaxşılığı əsla unutmuram!", - deyə Adil İsmayılov bildirib. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!