Bir neçə gün əvvəl millət vəkili Fazil Mustafa nümayəndəlik institutu bərpa olunması təklifini irəli sürüb. Təklifdən dərhal sonra Vəkillər Kollegiyası RH bəyanarla çıxış edərək deputatın bu təklifini sərt tənqid edib.
“Yeni Sabah” xəbər verir ki, VK-nın həm bu, həm də son dövrlərdəki fəaliyyətinə politoloq Fərhad Mehdiyev münasibət bildirib. O, qeyd edib ki, Konstitusiyaya görə hər kəsin keyfiyyətli hüquqi yardım almaq hüququ var. Buna görə bu səlahiyyət ancaq vəkillərə aid olmalıdır: “Qeyd edirlər ki, həm respublikamızda, həm də inkişaf etmiş digər ölkələrdə bu keyfiyyətin təmin edilməsinin yeganə üsulu qanunla təşkil olunan ixtisaslaşmış, üzvlüyə xüsusi qəbul proseduru olan hüquqşünasların peşə birliyinin yaradılmasından ibarətdir.
Etiraz: mülki hüquq ixtilaflarında ictimai marağın qorunması prinsipi yoxdur, hakim tərəflərin gətirdiyi sübut və əsaslandırmasına görə qərar verir. Tərəf haqlı olub da iddiasını düzgün əsaslandıra bilməsə, hakim onun tərəfini tuta bilmir. VK səmimidirsə, buyursun kasıb vətəndaşları mülki işlərdə dövlət hesabına müdafiə eləsin. Lakin nə özü edir, nə də ki bir hüquqşünasın ona kömk etməsinə imkan vermir. Habelə, Avropada eyni bir dövlətdə bir-birindən müstəqil bir neçə kollegiya olur, bir də mərkəzi (kon)federasiya olur. Yoxsa bizdə olan kimi Prokuraturanın və Ədliyyənin məmuru kimi orada kollegiyalar yoxdur. pizza hut
Qeyd etmək lazımdır ki, nümayəndəliyin ləğvi müstəqil vəkilləri qorxutmaq və sindirmək siyasətinin bir hissəsi idi. Yəni Kollegiyadan qovuldunsa, sosial ölümə məhkum olursan. Təbii ki Vəkillər Kollegiyası və onun siyasiləşmiş rəhbərliyi bu məqsədə qulluq etməyə davam edəcək”.
F. Mehdiyevin sözlərinə görə, VK rəhbərliyi iddia edir ki, Avropa Şurası 2012-ci ildə nümayəndəliyinin ləğvini tövsiyə edib: “Eyni Avropa Şurası, AİHM sizə dəfələrlə tapşırıb ki, Kollegiyada avtoritar siyasət həyata keçirməkdən vaz keçin, onu niyə nəzərə almırsınız? Ayrıca qeyd edirəm ki, 17 Yanvar 2019 tarixli Avropa Parlamentinin qərarının 5-ci bəndində açıq formada yazır ki, Azərbaycan höküməti nümayəndəlik institunu bərpa etməlidir”.
Politoloq qeyd edib ki, kollegiya rəhbərliyi məsuliyyətsizcə yazır ki, 18.12.2018-ci tarixli sərəncamla tapşırıq verilib ki, əhaliyə hüquqi yardım göstərmək üçün müvafiq qanun lahiyəsi hazırlansın: “15 aydır kasıb vətəndaşlar mülki və inzibati işlərdə məhkəmələrdə hüquqi yardımdan məhrumdur. Daha neçə ay gözləyəcəkləri də bəlli deyil. Halbuki hüquqi tələblər tələbetmə müddətinə bağlı olur. 10 günlük, 1 aylıq, 1 illik, 3 illik, müxtəlif müddətlər var. Bu insanların itirilmiş hüquqlarını kim bərpa edəcək?”.
F. Mehdiyevin sözlərinə görə, Vəkillər Kollegiyasının rəhbərliyi bu cür reqressiv yanaşma yerinə, konstruktiv təkliflərlə çıxsaydı, yaxud obyektiv və şəffaf imtahanlar keçirib müstəqil hüquqşünasları Kollegiyaya alsaydı, ya da sadəcə hüquqşünasların nümayəndə kimi çıxış etməsini dəstəkləsəydi, biraz dəstəyini artırmış olardı, insanların ona hörməti artardı.
Üzr istəyərək bildirirəm ki, bizim Vəkillər Kollegiyasına mədəni dünyada hörmətlə yanaşmırlar. Bunu sataşmaq, söz atmaq üçün demirəm. Brusseldə yerləşən Avropa Vəkillər Kollegiyası Assosiasiyası bizim VK-nı özünə yaxın buraxmır. İCJ və İBA kimi qurumlar bunlar haqqında çox mənfi rəy bəsləyir. Niyə? Təbii ki müstəqil vəkillərə qarşı tutduqları mövqeyə görə”.
Politoloq qeyd edir ki, 2018-ci ilin yanvar ayında VK rəhbərliyi bir Əsasnamə yayımladı. Onunla da vəkillərin hər hansı tənqidi fikir söyləməsini qadağan etdi: “İfadə budur - "vəkil.... kütləvi çıxışlarda cəmiyyətdə ÇAŞQINLIQ yaradacaq bəyanatlardan çəkinməlidir”. Yəni hüquqları qorumalı olan Kollegiya, vəkilləri konstitusion hüquqlarından məhrum edib. Hamısı da peşələrini itirməmək üçün başlarını aşağı salıb, susur.
Bir ölkənin özünə xas elmi ola bilməyəcəyi kimi, Vəkillər Kollegiyası da vəkilllik institunun nəzəriyyəsini - tapşırıqla da olsa - yarada bilməz. Ümum bəşəri yanaşmalar var, hüququn üstünlüyü prinsipi var. Bunlardan kim ayrılsa, həm özünü həm də ölkəni qaranlığa qərk edəcəkdir”.
Telegram kanalımız