“Əziz dostlar, dəyərli həmkarlar! Hal-hazırda ölkədə Covid-19 infeksiyasına yoluxanların sayı durmadan artmaqdadır. Təəssüf ki, bu bəla vəkillərimizdən və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparat əməkdaşlarından yan keçməyib”.
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov sosial şəbəkədə yazıb.
O qeyd edib ki, hal-hazırda koronavirusa yoluxan onlarla həmkarı həkim nəzarəti altında müalicə olunur: pizza hut
“Hər kəsə Allahdan şəfa diləyirəm! Hər birinizdən artıq dərəcədə xahiş edirəm, özünüzü və yaxınlarınızı qoruyun, bütün sanitar qaydalara ciddi əməl edin”.
Telegram kanalımız