Vəkilliyə qəbulla bağlı test imtahanında 224 nəfər uğur qazandı

saytların hazırlanması

Evə çatdırılma

Vəkilliyə qəbulla bağlı test imtahanında 224 nəfər uğur qazandı

Sosial

28 Noyabr 2025 17:56 656


Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda Vəkillər Kollegiyası (VK) və DİM ilə birgə VK-ya və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.

"Yeni Sabah" xəbər verir ki, namizədlərin 31%-i qadın, 69%-i isə kişi olub.

Bundan başqa, imtahanda iştirak edən 423 namizəddən 311 nəfəri (74%) özəl müəssisələrdə, 112 nəfəri isə (26%) dövlət qurumlarında çalışır. Dövlət qurumlarında çalışanlardan 45 nəfəri məhkəmələrdə, 17 nəfəri ədliyyə orqanlarında, 15 nəfəri daxili işlər orqanlarında, 1 nəfəri prokurorluqda, 34 nəfəri isə digər dövlət qurumlarında fəaliyyət göstərir. pizza mizza

Üç saat davam edən vəkilliyə qəbulla bağlı test imtahanında ümumilikdə 413 nəfər iştirak edib və onlardan 224 nəfəri uğur qazanıb.

Cari il üzrə keçirilən ixtisas imtahanlarının test mərhələlərində ümumilikdə 884 namizəd iştirak edib. Bu il 287 nəfər vəkil and içərək Kollegiyanın üzvlüyünə qəbul olunub. Hazırda 65 nəfər vəkilliyə namizədin Ədliyyə Akademiyasında icbari təlim prosesi davam edir, 130 namizəd isə şifahi müsahibə mərhələsində iştirak edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!