Velosipedçi çaya düşüb öldü

saytların hazırlanması

Evə çatdırılma

Velosipedçi çaya düşüb öldü

Hadisə

04 May 2024 19:36 576


Astarada bədbəxt hadisə baş verib.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Astara rayonunun dağlıq kəndi olan Pəlikeşdə baş verib.

Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə hərəkətdə olarkən körpü üzərində müvazinətini itirərək Şümrüd çayına düşüb. pizza mizza

Olman Şükürov aldığı xəsarətlərdən ölüb. Onun meyiti kənd sakinləri tərəfindən çaydan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, sözügedən körpünün hündürlüyü 6-7 metr, uzunluğu 3-4 metrdir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!