Venediktov Azərbaycan jurnalistlərinin şəhid olmaları ilə bağlı başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Venediktov Azərbaycan jurnalistlərinin şəhid olmaları ilə bağlı başsağlığı verdi

Hadisə

06 İyun 2021 12:02 970


Rusiyanın “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov Azərbaycanın Kəlbəcər rayonunda minaya düşməsi nəticəsində iki jurnalistin həlak olması ilə əlaqədar başsağlığı verib.

Yenisabah.az xəbər verir ki, A.Venediktov jurnalistlərin həlak olması ilə bağlı başsağlığında bildirib: “İki azərbaycanlı jurnalist Qarabağda minaya düşüb. Qarabağda minalanmış ərazilər çoxdur. Bizim iki həmkarımız Sirac Abışov və Məhərrəm İbrahimov, onlar jurnalistlər kimi prosesləri işıqlandırmaq məqsədilə nəqliyyat vasitəsində gedərkən minaya düşərək həlak olublar. Müharibə bu dəfə dinc peşə sahiblərinə - jurnalistlərə yetişib. Mən onların çalışdıqları kollektivlərə, ailələrinə başsağlığı verirəm”./Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!