Venesuela Rusiyadan hərbi yardım istəyir

saytların hazırlanması

Evə çatdırılma

Venesuela Rusiyadan hərbi yardım istəyir

Dünya

01 Noyabr 2025 00:16 320


Venesuela Prezidenti Nikolas Maduro Karib dənizində ABŞ qüvvələrinin cəmləşməsi fonunda Rusiyadan raketlər, radarlar və təkmilləşdirilmiş təyyarələr tədarük etməsini xahiş edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Məlumata görə, Maduro rusiyalı həmkarı Vladimir Putinə məktub yazıb. O, eyni xahişlə Çin və İrandan da hərbi yardım istəyib. pizza mizza

Qeyd olunub ki, Venesuelanın nəqliyyat naziri Ramon Selestino Velaskez oktyabrın ortalarında Moskvaya səfər edib və orada rusiyalı həmkarı ilə görüşərək Maduronun məktubunu Rusiya prezidentinə çatdırıb. Maduro məktubunda illər öncə Rusiyadan alınmış bir neçə "Su-20MK2" təyyarəsinin təmiri də daxil olmaqla, Venesuelanın hava müdafiəsinin gücləndirilməsi üçün kömək istəyib.

Bundan əlavə, Maduro səkkiz mühərrikin və beş radarın təmiri, ölkəsinə Rusiya döyüş raketlərinin satılması və bir növ logistika yardımı göstərilməsini xahiş edib. Məktubda Venesuela liderinin "Rostex" vasitəsilə üçillik maliyyələşdirmə istəyi əks olunub, lakin məbləğ açıqlanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!